300 illik su basmış şəhər quraqlıq zamanı yenidən göründü 

300 illik su basmış şəhər quraqlıq zamanı yenidən göründü 
 

Filippinin Pantabanqan şəhərində qurumuş göldə 300 il əvvələ aid sirli şəhər yenidən peyda olub, köhnə kilsənin və evlərin xarabalıqları görünür.

Ötən əsrin 70-ci illərində su elektrik stansiyasını qidalandıran və yerli fermerləri su ilə təmin edən su anbarının tikintisinə yer ayırmaq üçün kəndi su altında qoyublar.

Suyun altında 19-cu əsr kilsəsi, bələdiyyə binası, qəbiristanlıq və böyük bir torpaq sahəsi qalıb. 1300 yerli sakin evlərini tərk edərək üzü Asiyanın ən böyük bəndlərindən birinə baxan hündür yerə köçmək məcburiyyətində qalıb. Köhnə şəhər gölə çevrilməzdən əvvəl ölən insanların qalıqları yeni qəbiristanlığa köçürülüb.

Bura ilin əksər hissəsi demək olar ki, tamamilə su altında qalır - yalnız kilsənin xaçı görünür. Ancaq isti və quraqlıq mövsümündə turistlər keçmiş qəsəbədən qalanları görə bilirlər.
Fotolarda evlərin xarabalıqları və qəbiristanlığın qəbir daşları əks olunub. Ziyarətçilər səpələnmiş kərpiclər arasında və heykəlin yanında şəkil çəkdirirlər.

© Oxu.az

 

0.035247802734375