Azərbaycanda müğənni vəfat etdi - FOTO
Tanınmış müğənni Züleyxa Rəhimi vəfat edib.
İqtisadiyyat.az xəbər verir ki, o, 87 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Mərhum sənətçi Bakıda Kürdəxanı qəbristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında ikən Suraxanıda yerləşən mədəniyyət evində fəaliyyət göstərən ansamblda solist olub. Orada beş il çalışıb. 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində xanəndəlik sinfində təhsil alıb. 1988-ci ildə Bakının Kürdəxanı qəsəbəsində yerləşən mədəniyyət evində ansamblın rəhbəri olub.
Təhsilini başa vurduqdan sonra ailə həyatı qurub. Bu izdivacdan onların bir oğlu olub. Lakin evlilikləri uğursuz nəticələnib və oğlunun iki yaşı olanda onlar ayrılıblar. Züleyxa xanım bir də heç vaxt ailə qurmayıb. O, tədricən musiqi sənəti ilə yollarını ayırmağa da məcbur olub.
Onun repertuarında “Qubanın ağ alması”, “Qarabağ, ay Qarabağ”, “Xatırla məni” və s. musiqiləri məşhurdur.