Partlayışda həlak olan mülki şəxslər dəfn olundular

Partlayışda həlak olan mülki şəxslər dəfn olundular
 

Bu gün Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn edilib.

“Qafqazinfo” “Nuhçıxan”a istinadən xəbər verir ki, həlak olan 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu Sədərək rayon qəbiristanlığında dəfn olunublar.

Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

0.01593279838562