Qalmaqallı rus bloger qəzada öldü

Qalmaqallı rus bloger qəzada öldü
 

Vaxtilə “LiveJournal” bloqu və rusiyalı məşhurlar haqqında təxribat xarakterli qalmaqallı mətnləri ilə məşhurlaşan 42 yaşlı Lena Miro (Elena Mironenko) dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, onun ölüm xəbəri Rusiyanın teleqram kanallarında yayılıb. Bildirilib ki,  bloger ABŞ-da qəzaya düşüb, bundan sonra o, komaya düşüb və bu yaxınlarda dünyasını dəyişib.

Qeyd olunur ki, L.Mironun anası dəfn mərasiminə qatılmaq üçün ABŞ-yə uçub. Lakin atası qəti şəkildə bundan imtina edib. Rusiya mediası isə blogerin yaxınlarının bu mövzuda heç bir rəsmi açıqlama vermədən onun ölümünü hələ rəsmi təsdiqləmədiyini yazıb.

 

0.014400959014893