Kirkorov buna görə ad günü etməyəcək
Rusiyanın Xalq artisti Filipp Kirkorov ad gününü bu dəfə qeyd etməməsinin səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, səs-küylü məclislər etməklə hər dəfə gündəmə gələn müğənni bu dəfə ənənəsindən uzaq qalacaq. O bildirib ki, buna səbəb anasının ölüm ildönümüdür.
Sənətçi ilk dəfə anası Viktoriya Markovnanın onun doğum günündə dünyasını dəyişdiyini söyləyib. Bu il onun vəfatının 30-cu ildönümüdür. Buna görə də Pop kralı bu dəfə səs-küylü ziyafətdən imtina edib, sakit ailə ziyafətinə üstünlük verib.
"İlin yeganə gününü kamerasız, reklamsız, diqqətsiz, belə deyək, kənardan keçirmək istərdim. Həmin gün evdə qalmaq istəyirəm. Hər dəfə dostlarım imkan verməyib. Amma bu il istisna olacaq. Anamın vəfatından 30 il keçir. Həmin gün məclis istəmədim" deyə, Kirkorov söyləyib.
Pop kralı 57-ci ad gününə, aprelin 30-na təsadüf edən başqa bir hadisəni xatırladıb. O bildirib ki, "Crocus city hall"da baş verən faciədə dünyasını dəyişənlərin həmin gün 40-ı olacaq.