Azərbaycanın müharibədə olan ölkələr ilə TİCARƏTİ
Azərbaycanın müharibə gedən ölkələr - İsrail, Fələstin, Ukrayna və Rusiya ilə bu ilin birinci rübü üzrə ticarət dövriyyəsinin həcmi açıqlanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda qeyd edilib.
Ukrayna
Bu ilin ilk 3 ayında Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 106,7 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 24% çoxdur.
Rusiya
Hesabat dövründə Azərbaycanın Rusiya ilə ticarət həcmi 890,7 milyon dollar həcmində olubki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,7% azdır.
İsrail
Cari ilin 3 ayında Azərbaycanla İsrailin ticarət həcmi 632,1 milyon dollar olub. Bu göstərici illik müqayisədə 40,4% çoxdur.
Fələstin
Bu ilin birinci rübündə Azərbaycanla Fələstinin ticarət həcmi 409,7 min dollar təşkil edib. Bu göstərici 2023-cü ilin eyni dövrünə nisbətən 3,5 dəfə çoxdur.