“Qarğış edən insanı necə bağışlamaq olar? ” - Ruhəngiz Musəvi
“Mən xasiyyətcə yumşaq insanam. Dəyməyənə dəymərəm. Amma mənə elə möhkəm dəyiblər ki, ömrümdə barışmaram”.
Bu sözləri “İncə səhər” verilişində Əməkdar artist Ruhəngiz Musəvi deyib.
O, şou-biznesdə küsülü olduğu şəxsdən danışıb:
“Bir insan ki, illərdir tanıdığı insana qarğış edə, onu necə bağışlamaq olar? Özü də mənim kimi insanı, ürəyimin necə olduğunu bilirlər”.