TRİZ - Bakıdan başlayan iz - dos. İlham Əhmədov
Bu ərəfədə FB yadıma saldı ki, 2019-cu ildə "TRİZ PROBLEMLƏRİ" mövzusunda Bakıda ilk Beynəlxalq tədbir olmuşdu.
Konfransın təşkilatçıdı prof. Ali Kutvanın təsis etdiyi "TRİZ VƏ İNNOVASİYA İNSTİTUTU" idi.
TRİZ barədə maraqlananlar İnternetdən rus, ingilis və türk dillərində ətraflı məlumat əldə edə bilərlər. Məsləhət bilirəm.
TRİZ -ixtira məsələlərinin həll nəzəriyyəsi- kimi rusca abbveaturadır. Bu günə kimi ixtira texnologiyaları üzrə 10 mindən çox alqoritm yaradılmışdır. Hamısının da kompüter reallaşması mövcuddur. Yaponiya, Çin, Cənubi Koreya, ABŞ, Almaniya v.s. innovativ inkişaf yolunu tutmuş ölkələrdə TRİZ geniş yayılıb. Bəzi ölkələrdə bir fənn kimi məktəblərdə və universitetlərdə tədris edilir, universitetlərdə qəbul imtahanlarına salınır. Niyə? Çünki, bu texnologiya mürəkkəb sisial və texniki sistemlərdə olan ziddiyyətlərin, müxtəlif sahələrdən olan innovasiyaların yaradılmasının ən uğurlu texnologiyasıdır.
TRİZ problemləri ilə mən hələ sovet dönəmindən maraqlanırdım. O vaxt bu mövzuda 1-2 kitab oxumuşduq.
TRİZ -in yaradıcısı G. Altşullerin Bakı Bilik Cəmiyyəti nəznində açdığı "TRİZ məktəbi" haqqında da məlumatlı idik.
Bu texnologiyanın Bakıda yaradılması, G. S. Altşuller adlı bakılının onun yaradıcısı olması ilə fəxr edirdik.
5 il əvvəlki bu tədbirə TRİZ üzrə müxtəlif ölkələrdən olan dünyanın ən güclü mütəxəssisləri -TRİZ MASTER-lər dəvət almışdılar. Hamısı da tədbirdə məmuniyyətlə iştirak etdilər. Çünki, hamısı Bakılı idilər, burda doğulub, böyüyüb, AZİ-də ali təhsil alıb, dünyada ilk dəfə Altşullerin rəhbərliyi ilə təsis edilmiş "Bakı TRİZ məktəbi"nin məzunları idilər.
Hamısı milliyətcə yəhudi idilər. Bakını, xalqımızı sevir, yaşadıqları ölkələrdə bizləri təbliğ edirlər.
SSRİ dağılandan sonra Altşuller və tələbələri müxtəlif ölkələrə səpələndilər. O vaxt TRİZ hələ dünyada az tanınmışdı (məlum səbəbdən), az tətbiq edilirdi. Bu komanda TRİZ-i bütün dünyada tanıtdı, dünyanın ən böyük və tanınmış şirkətlərində onun tətbiqlərinə nail oldular. Hər biri yüz milyonlarla dəyərləndirilən TRİZ biznesinə sahibləri oldular.
Mən konfransda məruzə ilə iştirak edən tanınmış TRİZ mütəxəssisi Petrova sual verdim:
"Süni intellekt TRİZ texnologiyasını mənimsəyındən sonra, milyonlarla insan ixtiralar, innovasiyalar edə biləcək. Bu halda TRİZ mütəxəssislərinə ehtiyac qalacaqmı?"
Petrov çox həvəssiz və pərt şəkildə bu suala yarı- yarımçıq cavab verdi. Hiss olundu ki, yaralı yerinə toxunduq və bu problem onu çox narahat edir. Petrovdan sonra 20 nəfər tanınmış TRİZ mütəxəssisləri konfransda çıxış etdi. Hər bir məruzəçi öz çıxışına mənim Petrova verdiyim suala cavabla başladı. Məlum oldu ki, sual onların hər birinin ürəyinin dərinliyində artıq neçə illərdir ki, varmış və hadisələrin gedişatından (süni intellektin sürətli inkişafından) çox narahat imişlər. Çünki, bu halda illik dövriyyəsi 100 milyonlarla olan şirkətlərinin gələcəyi qeyri müəyyən idi. Görünür bu problemi birgə müzakirə etməyə artıq ehtiyac yaranmışdır.
Yəqin ki, konfrans sonrası qapalı mühitdə müzakirələr davam edəcəkdi.
Bunları yada salmaqda məqsədim, TRİZ məsələsinə dövlətin diqqətini cəlb etməkdir. Bakıda yaradılan və bütün inkişaf etmiş ölkələrin elm, təhsil və sənayesində geniş tətbiq edilən TRİZ texnologiyasına biz niyə biganəyik?
Professor Ali Kutvan neçə ildir ki, Bakıda "TRİZ və İNNOVASİYA TEXNOLOGİYALARI İNSTİTUTU" yaradıb. Məncə bu bazada dövlət və özəl sektorunun dəstəyi ilə ölkəmizdə TRİZ texnologiyalarının inkişafına nail olmaq mümkündür. Xüsusən də ETN, İN, RİN bu məsələyə diqqət etməlidir.
Konfransdan 5 il sonra olsa da, bu məsələyə diqqət yetirmək lazımdır.
Paralel.az