Ad günündə konsert verən reper səhnədə saxlanıldı - VİDEO

Ad günündə konsert verən reper səhnədə saxlanıldı - VİDEO
 

Latviyalı reper Platin Rusiyanın Tomsk şəhərində klubda konsert proqramı ilə çıxış etdiyi vaxt saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntülər teleqram kanallarında yayılıb.

Videoda açıq-aydın görünür ki, reperin çıxışı zamanı səhnəyə Rusiya Qvardiyasının xüsusi təyinatlıları çıxaraq onu səhnə arxasına aparırlar.

Platinin nədə ittiham olunduğu məlum deyil. Lakin bundan əvvəl Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina ondan şikayətçi olmuş, Platinin bəstələrinin narkotiklərin təbliği ilə əlaqəli olmasına dair yoxlanılma aparılmasını istəmişdi.

Qeyd edək ki, Platin öz doğum günündə saxlanılıb. Aprelin 19-da onun 28 yaşı tamam olub.

 

0.014516830444336