Ölkəni talayanları müdafiə edən - deputat Tahir Mirkişili - VİDEO

Ölkəni talayanları müdafiə edən - deputat Tahir Mirkişili - VİDEO
 

Belələri Azərbaycanda çoxdur

Azərbaycan zəngin təbiətə və sərvətə malik dünyanın ən gözəl ölkələrindəndir. İnsanlarının əməksevərliyi, zəngin sərvətləri, əlverişli coğrafi mövqeyi ölkəmizin cəlbediciliyini artıran əsas amillərdir. Bu səbəbdən ölkəmiz dünyanın bütün güc mərkəzlərinin diqqət mərkəzindədir. Ölkənin sadə insanları isə, insani dözümə və bir sıra keyfiyyətə malikdir.

Təəssüf ki, Azərbaycanı digər dünya ölkələrdən fərqləndirən keyfiyyətlərdən bir də insan həyatı ilə bağlı ziddiyyətlərin çoxluğudur. Məsələn, Azərbaycanın adına dünyada ləkə gətirən acgöz, dövlətin sərvətlərini qanunlardan çəkinmədən oğurlayanların çox olmasıdır...

Bir sözlə, axtarsan, dünyanın ən yaxşı adamını da, ən qəddar, zalım, insanını da, bu ölkədə tapa bilərsən!

Yerigəlmişkən, dünən MM iclasında deputat Qüdrət Həsənquliyev Palata sədrinin hedabatını dinlədikdən sonra müzakirələrdə 552 milyon manat dövlət pulunun məmular tərəfindən mənimsənilməsini ölkə iqtisadiyyatının dağıdılması kimi qiymətləndirilməsi YAP-çı deputatlardan çoxunun, xüsusən  MM-də "oğru məmurların təəssübkeşi" Tahir Mirkişilinin təpkisilə qarşılaşması çox eybəcər göründü!

Tahir Mirkişili kimilərin bu təpkisini heç də ölkəni çox sevməsilə bağlamaq tam yanlış olar, bu təpkini deputatın oğru məmurlardan gələn gəlirlərilə bağlamaq daha doğru yanaşma olardı! Zatən, ölkənin ən çox rüşvətxorluqdan əziyyət çəkən Sumqayıtı təmsil edən deputat Tahir Mirkişilinin bu hərəkəti çox biysblrçı hərəkət idi!...

Azərbaycanda hökm sürən pis duruma deputat Tahir Mirkişili kimi, mədəni formada yanaşmaq, hər an qarşılaşdığımız vandalizm hallarına insan kimi, dözüm göstərmək sadəcə, mümkün deyil, vallah mümkün deyil! Çünki Azərbaycanda baş verən vandal hadisələr istənilən insanı normal haldan anormallığa sürükləyir...

Ölkədə baş verən hadisələr o qədər dəhşətlidir ki, belə hadisələrə normal münasibət bildirmək qeyri - mümkündür! Rüşvət, korrupsiya, fahişəlik, narkomaniya, oöurluq, dələduzluq kimi, insan əxlaqına zidd halların Azərbaycanda açıq şəkil alması bütün insani keyfiyyətləri məhv edir! İnsanların vəhşiləşib, vəhşi həyat sürməsi adi hala çevrilmiş ölkədə insan kimi yaşamağın nə qədər çətin olduğunu, deputat Tahir Mirkişili hiss etməsə də, hər bir insan yaxşı hiss edir...

Türmə cinayət törətmiş insanları tərbiyə etmək üçün yaradılmış dövlət müəssisəsidir, doludur, dəfələrlə təkrar türməyə düşənlər, türmə həyatına öyrəşən, vərdiş edən canilər qrupu var, bunlar içərisində cinayət törətməkdən əl çəkənlər çox azdır, cinayət törədən çox az sayda şəxs normal əxlaqa qayıtmağa çalışır. Dövlət orqanları isə, əsasən, düşmənlər tərəfindən Azərbaycanda formalaşan cinayətkar mühitin aradan qaldırılmasına çalışsa da, hələ də buna nail ola bilmir...

P. S. Yazıda adı və şəkili səhv getdiyinə görə, deputat Tahir Musa oğlu Rzayevdən üzr istəyirik!

Abbas

0.019275188446045