Nazirliyin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır - SƏBƏB

Nazirliyin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır - SƏBƏB
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Bakı Şəhər İdarəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Mahmud oğlu Xatibiyə cərimə yazıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb rəisin işçinin əmək münasibətləri zamanı qanun pozuntularına yol verməsi iddiasıdır.

Belə ki, DƏMX-in Bakı Şəhər İdarəsi vətəndaşın müraciəti əsasında Məsud Xatibi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib. Daha sonra protokol baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə də onun cərimələnməsi barədə qərar çıxarıb.

Məsud Xatibi də qərardan şikayət verib. Hazırda onun şikayəti Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılır.

Məsud Xatibinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

0.061148881912231