Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA
 

“Naxçıvanbank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib.

Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır.

Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,6 milyon manat və ya 20,7% azalaraq 103,6 milyon manata enib. Ümumilikdə bankın öhdəlikləri təxminən 127,6 milyon manata bərabər olub ki, bu, ilin əvvəlinə nisbətən 16,6 milyon manat və ya 11,5% azalma deməkdir.

“Naxçıvanbank”ın depozit portfeli ilk rübdə 15 milyon manat və ya 23,7% azalaraq 48,4 milyon manata enib. Bu dövrdə bankın cəmi kapitalı isə 8,1% artaraq 66,97 milyon manata yüksəlib.
“Naxçıvanbank”ın maliyyə şöbəsindən Yenisabah.az-a verilən açıqlamaya görə, depozit və kredit portfelinin azalması bankın düşdüyü çətin vəziyyətlə bağlıdır:

“Bank bağlanmağa doğru gedir. Hazırda bank, faktiki olaraq, satılır. Depozitlərin və kreditlər portfelinin azalması da elə bununla bağlıdır. Bununla bağlı rəsmi açıqlama, yəqin ki, gələn ay veriləcək. Hazırda depozit və kredit portfelləri hamılıqla “Kapital Bank”a yönləndirilir”.

Xatırladaq ki, 2023-cü il mayın 18-də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günaybank”, 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə isə “Muğanbank” ASC müflis elan edilib.

Paralel.az

0.033828973770142