Azərbaycanda da satılan məşhur şokoladın tarixi haqqında bilmədikləriniz

Azərbaycanda da satılan məşhur şokoladın tarixi haqqında bilmədikləriniz
 

Bu gün Azərbaycanda “Dayanma, snikerslə” ifadəsi hamıya məlumdur və tez-tez eşidirik. Şirkət bu şokoladın adının "Snickers" olmasını onu istehsal edən Mars ailəsinin sahib olduğu sevimli atlarının birinin adından götürülməsi ilə izah edir.

Bunu dosent Zaur Əliyev deyib. O bildirib ki, əslində, bu ifadə qədim dövrdə duel zamanı tərəflərin bir-birinə dediyi sözdür:

"Məlumdur ki, illərdir bir çox şirkət subliminal mesaj vasitələri ilə beyinə təsir etməyə çalışırlar. Yüzlərlə dünya brendinin fəlsəfəsinə baxanda məqsədin əslində insanların şüuraltına təsir etməkdir. Buna görə də 25-ci kadr effekti, hipnotik reklamlar və sairələr uzun zamandır tətbiq edilir. Bunlardan biri də Snikers adı və onun reklam ifadəsi olan "dayanma snikerslə" sözüdür.

Bəs bu adda qəribə nə var?

XV-XVII əsrlərdə Niderland və Britaniyada insanların ağlını alan şokoladın ilkin formasında şirniyyatlar istehsal edilirdi və ondan mütamadi olaraq istifadə edənlər aqressiya hissləri yaşayırdılar, tez-tez  qarşı tərəflə sözləri çəp gəlirdi. Mübahisənin həlli yolu isə "Snikerslə" adlı duel ilə nəticələnirdi ki, iki tərəf də kiçik xəncərlə silahlanaraq ölümünə döyüşürdülər. Bu dueli izləyənlər isə kənardan "dayanma, snikerslə" yəni "dayanma, öldür onu" deyirdilər. Döyüşə baxıb qan və ölümdən həzz alanlar şokolada bənzər şirniyyatlar istifadə edirdilər. Sözün kökündə holland dilində "steken of snijden" durur. Mənası "doğra və kəs" deməkdir. Filmlərdə gördüyümüz dəniz quldurlarının üzlərində olan dərin kəsiklər məhz bu duelin nəticəsində yaranmışdı. Hətta o zaman kimsə kimsənin arxasınca danışanda ona "Dayan, səni snikersləmə gözləyir " ifadəsi məhşur idi". 

Z.Əliyev şokoladların tərkibində olan maddələrin insanlarda aqressiya və bir-birini öldürmək istəyi yaratdığını qeyd edib:

"Qəribədir ki, Böyük Britaniya və İrlandiya ərazisində batonlar 1990-cı ilə qədər "Marathon" adı ilə satılırdı.
Əlbəttə, düşünəcəksiniz ki, adi reklamdır. Bəlkə də haqlısınız. Şokolad az istifadə ediləndə xeyri çoxdur. Bir şərtlə ki, tərkibi təmiz kakao ilə hazırlansın. Ancaq hazırda dünya bazarında ucuz və əlçatan şokoladların hazırlanmasında  kakao yağı əvəzinə bitki yağları, palma, soya, pambıq yağından istifadə edilir ki, buna da "yalançı şokolad"  deyilir. Onun həddindən çox qəbul edilməsi, məsələn, gündə iki plitka şokolad depressiyanı sürətləndirir və insan beyninin pozulmasına gətirib çıxarır. Normadan artıq yeyildikdə beyni uyuşdurur, hüceyrələrin fəaliyyət sürətini azaldır. Buna görə də insanlar arasında bir-birlərinə aqressiya yaradır. Nəticədə indi duel olmasa da, bir-birlərini öldürmək-hissləri yaradır. 

Unutmaq lazım deyil ki, hər sadə bir ideyanın altında dərin qatlarda insanlığa zidd planlar olur", - deyə o əlavə edib.

 

0.017961025238037