"Ailəmdən vacib heç nə yoxdur"

 

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) rəsmi yutub kanalında “Məni incitmir” mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.

Axşam.az xəbər verir ki, Coni  yeni mahnısının yaranma tarixindən danışaraq bunları qeyd edib:

“Bizim bir çoxumuz gec-tez özümüzü vəziyyətin ən dibinə bağlayan şəraitin dözülməz ağırlığı altında tapırıq. Bu, çox uzun müddət davam edə bilən tutqun və depressiv haldır. Amma fikrimcə, bu müddətin əsl mahiyyəti özünü dərk etmək və irəliləmək, bütün bu ağrılara qalib gəlmək üçün güc tapmaqdır. Axı uca Allah bizə keçə bilməyəcəyimiz imtahanlar vermir. “Məni incitmir" mahnısını məhz bu vəziyyətə, bu daxili mübarizəyə həsr etmişəm. Və ağrınızın öhdəsindən gəlməyə kömək edə bilər".

Coni əlavə edib ki, onun üçün ailəsindən vacib heç nə yoxdur:

"Amma mənim üçün o da danılmazdır ki, ailəni təkcə bizimlə qan bağı olan insanlar bağlamır. Seçdiyimiz yaxın ətrafımız da ailədir. Uzun illər mənimlə əl-ələ gəzən, həm oddan, həm sudan keçdiyimiz, həm gülüş sevincini, həm də acı göz yaşlarını bölüşdüyümüz bu insanların hamısı ailədir. Onlar mənim üçün eyni ailədir, bu mənim həyatımda çox önəmlidir. Eyni şey izləyicilərim və pərəstişkarlarım üçün də keçərlidir".

 

0.016716957092285