ABB kiçilməkdə davam edir: aktivlərdə 480 milyonluq “ərimə”
Azərbaycanın ən iri və həm də dövlət bankı “Azərbaycan Beynəlxalq Bankı” (ABB) son üç ayda 480 milyon manata yaxın kiçilib.
İqtisadiyyat.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin əvvəli ilə müqayisədə birinci rübün sonuna ABB-nin cəmi aktivlərinin həcmi 3.5 faiz azalaraq 13,19 mlrd. manata düşüb. Halbuki, ilin əvvəlində bu rəqəm 13,67 mlrd. manat təşkil etmişdi.
Aktivlərin azalmasında əsas səbəb səbəb nağd vəsaitlərin 12 faiz azalaraq 3,58 mlrd. manata enməsidir. İlin əvvəlində bu rəqəm 4,07 mlrd. manata bərabər olub.
Hesabat dövrü üzrə bankın cəmi öhdəliklərində 4,7% azalma müşahidə edilib. Belə ki, ABB-nin cəmi öhdəlikləri 1 aprel 2024-cü il tarixinə ilin əvvəlindəki 11,86 mlrd. manatdan 11,3 mlrd. manata enib.
Dövr üzrə bankın cəmi kapitalı isə 4,4% artaraq 1,89 mlrd. manata yüksəlib.