Cəyirli, Bəydövül, Şəkər və Qızılağac kəndlərindən olan sakinlərin müraciətləri "Açıq mikrofon"da

Cəyirli, Bəydövül, Şəkər və Qızılağac kəndlərindən olan sakinlərin müraciətləri
 

Cəyirli, Bəydövül, Şəkər və Qızılağac kəndlərindən olan sakinlərin müraciətləri "Açıq mikrofon"da

Göyçay rayonunda təşkil olunan "Səyyar qəbul otağı" sakinlərin ixtiyarına verilməzdən öncə Ağsu RQİİ-nin rəisi görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, qazlaşdırma və təmir-bərpa işləri Göyçay rayonu ilə yanaşı, Ağsu regionunun müxtəlif xidmət sahələrində də həyata keçirilir. Daha sonra mikrofon önünə  sakinlər çıxıb. Ünvanlanan 9 müraciətdən 3-ü fərdi yaşayış evinin qazlaşdırılması, 2-si qazın təzyiqinin bəzən zəif olması və qalan 4 müraciət isə köhnə qaz xətlərinin yenilənməsindən ibarət olub. Cəyirli, Bəydövül, Şəkər və Qızılağac kəndlərindən qatılan sakinlərin hər bir müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib.

0.058776140213013