Dubayda olan azərbaycanlı bloger evindən dəhşətli görüntülər PAYLAŞDI – VİDEO

Dubayda olan azərbaycanlı bloger evindən dəhşətli görüntülər PAYLAŞDI – VİDEO
 

Xəbər verdiyimiz kimi, ötən gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) leysan yağışı və onu müşayiət edən tufan və güclü külək nəticəsində Dubay şəhəri suya qərq olub. 

Paralel.az bizim.media-ya istinadən bildirir ki, Rusiya və MDB ölkələrində məşhurlaşan bloger və iş adamı Hüseyn Həsənov hava şəraitinin yaratdığı təhlükə saçan anlarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Lüks avtomobili ilə Dubay küçələrində şütüyən Hüseyn nəqliyyat vasitələrinin keçməsi mümkün olmayan bir sıra yolları lentə alıb. Bundan savayı Həsənov yaşadığı yüksəkmərtəbəli binadan yan binanın eyvanlarından güclü külək nəticəsində aşan masa ilə oturacaqların görüntülərini izləyiciləri ilə bölüşüb. 

Hüseyn sözügedən paylaşımına "Ən yaxşısı, bu gün evdə qalım" qısa şərhini yazıb. 

Qeyd edək ki, Dubay şəhərində baş verən əlverişsiz hava şəraiti nəticəsində Beynəlxalq Hava Limanında bir neçə aviareysdə gecikmə olub və bir neçəsi ümumiyyətlə ləğv edilib. Bundan savayı bir sıra alış-veriş mərkəzlərini su basıb. 

 

 

0.086767911911011