"Barselona" doğma meydanda 4 qol buraxdı - VİDEO

 

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin iki cavab oyunu keçirilib.

Paralel.az xəbər verir ki, Fransa təmsilçisi PSJ cavab görüşündə “Barselona"nı İspaniyada azarkeşləri önün darmadağın edib - 1:4.

İlk görüşdə katalonlar səfərdə 3:2 hesabı ilə qalib gəlmişdi.

Digər oyunda “Borussiya” öz meydanında 4:2 hesabı ilə “Atletiko”nu məğlub edib.

Hər iki görüş ispanların turnirlə vidalaşması ilə sonlanıb.

 

0.089153051376343