Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi
 

"Gaia" kosmik teleskopundan istifadə edən beynəlxalq astronomlar qrupu Yerə nisbətən yaxınlıqda nəhəng qara dəlik aşkar ediblər. Obyekt "Gaia-BH3" adlandırılıb. 

Tədqiqat "Astronomy & Astrophysics" (A&A) elmi jurnalında dərc olunub.

"Gaia-BH3" planetimizdən 2 min işıq ili uzaqlıqda yerləşir. O, Yerə ən yaxın ikinci və öz sinfində Süd Qalaktikasında tapılanların ən böyüyü olub - onun kütləsi 33 Günəşin kütləsinə bərabərdir.

Müqayisə üçün qeyd edək ki, əvvəlki rekord "Cygnus" bürcündəki "Cyg X-1" qara dəliyinə aid idi və bu, bizim ulduzdan 20 dəfə böyük kütləyə malikdir. Yerə ən yaxın məlum qara dəlik 9,6 günəş kütləsi olan "Gaia-BH1" dünyamızdan 1,56 min işıq ili uzaqlıqda yerləşir.

Aquila bürcündə bir ulduzun cazibə rəqsləri sayəsində güclü qravitasiya hunisi kəşf edilib. Tədqiqatçıların fikrincə, "Gaia-BH3" nəhəng bir ulduzun çökməsi nəticəsində yaranıb. O, kütləsi Günəşin kütləsindən 4,2 milyon dəfə böyük olan Süd Yolunun mərkəzində yerləşən superkütləli qara dəlik Oxatan A*-dan milyonlarla dəfə kiçikdir. Amma Oxatan A* fərqli formalaşma mexanizminə malik fərqli qara dəliklər sinfinə aiddir.

Astronomlar vurğulayıb ki, "Gaia-BH3"ün kəşfi kosmosun tədqiqində bir mərhələ olub, çünki mütəxəssislər ilk dəfə olaraq "yuxuda olan" qara dəliyi aşkar edə biliv. Bu o deməkdir ki, "Gaia-BH3" "istirahət" vəziyyətindədir və ətrafdakı maddəni aktiv şəkildə udmur.(Qaynarinfo)

 

0.021708965301514