Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO

Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO
 

Dubay Beynəlxalq Hava Limanı BƏƏ-də yağan güclü yağış səbəbindən ümumilikdə 45 aviareysi ləğv edib.

 Paralel.az xəbər verir ki, bu barədə hava limanının məlumatında bildirilib.

Qeyd olunub ki, gecə yarısından etibarən 21 gediş və 24 gəliş ləğv edilib.

“Daha üç reys qonşu hava limanlarına yönləndirilib”, - deyə hava limanının saytında qeyd edilib.

Gün ərzində hava limanında bütün əməliyyatlar 25 dəqiqə dayandırılsa da, sonradan bərpa edilib.
Bildirilib ki, hava limanına gedən yolları güclü su basıb. Yağıtıların çərşənbə səhərinə qədər davam edəcəyi gözlənilir.(oxu.az)

 

0.064082145690918