Niyə kişilərdə keçəlləşmə daha çox yayılıb?
Kişilərdə keçəlliyin səbəbləri məlum olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bəzi kişilərin qocalıqda belə gur saçlara sahib olduqlarını, bəzilərinin isə 20 yaşında keçəlləşməyə başlamasının səbəbini müəyyən ediblər.
Məlum olub ki, kişilərdə keçəlliyin əsas səbəbi irsiyyətdir.
Alimlər hər hansı bir nəticə çıxarmazdan əvvəl bir sıra genlərin dəqiq ardıcıllığını təyin edib və xüsusi məlumatların təhlili metodlarından istifadə ediblər.
Nəticədə onlar beş geni təcrid edə biliblər: EDA2R, WNT10A, HEPH, CEPT1 və EIF3F. Son 3 genə malik olan kişilərdə artıq gənc yaşlarından keçəlləşmə baş verir.