"Onlardan bezib televiziyadan getdim"

 

"Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım. Çünki açıq-saçıq geyinmədən də gündəmdə olmaq olar. Son vaxtlar mənim instaqram hesabım açıqdır. Təbii ki, şərhlərin hamısı xoşagələn deyil. Bu, ola da bilməz. Aralarında qərəzli şərhlər də var. İnsan özü bilir, həmin qərəzli şərhləri kimlər yazır, lakin müsbətlər də var". 

Bu sözləri aparıcı Ceyran Rəhimova "O üz" verilişində qonaq olarkən deyib.  

Televiziya ulduzu bildirib ki, illər əvvəl Azərbaycan Dövlət Televiziyasında (AzTV) apardığı  "Sən bir nəğmə" verilişinə qonaq gələn müğənnilərin geyimlərinə müdaxilə edib: 

"Vacib deyil açıq-saçıq geyinib gündəm yaradasan. Müəyyən adamlar var idi ki, o dövrdə efirə çıxanda geyimi, hərəkəti davranışı ilə.. Axı sən həyatda bu deyilsən. Bəs niyə kamera qarşısına çıxan kimi belə oldun, dəyişdin? Sən bir oxuduğun mahnıya, onun yazarına, bəstəkarına bax, ondan sonra. Axı sənin oxuduğun xalq mahnısı, muğamla geyimin düz gəlmir. Ona görə geyimlərinə müdaxilə edirdim".

C.Rəhimova həmçinin vurğulayıb ki, verilişinin bağlanmasını istəyənlər olub:

"Onları mən görmürdüm. Hər zaman öz işimlə məşğul olmuşam. Verilişin efirə getməyini istəməyənlər də var idi. Verilişi efirdən çıxartmaq istəyiblər. Amma yenə də öz işimdə olmuşam. Onlardan bezib televiziyadan getdim. Artıq elə şeylərlə mübarizə aparmaqdan yoruldum. Ona görə də düşündüm ki, getsəm yaxşıdır. Həmin insanlar bu gün heç televiziyada deyil, uzaqlaşıblar". 

Axsam.az

 

0.015873908996582