Şəhid atasının xatirələri fırçasında: o torpağı kətana hopdurur – VİDEO

Şəhid atasının xatirələri fırçasında: o torpağı kətana hopdurur – VİDEO
 

Azərbaycan Televiziyası (AzTV) şəhid əmanətləri ilə bağlı qısametrajlı filmləri hazırlamaqda davam edir.

Bu silsilədən növbəti biri şəhidlik zirvəsinə ucalan kapitan Aqil Məlikovun qızı Xədicə Məlikovanın rol aldığı ekran işidir. 

Filmdə şəhid əmanətimizin rəsmlərində Qarabağımızın təsviri və atası ilə bağlı xatirələrini səsləndirdiyi fikirlər yer alıb.

Qeyd edək ki, kapitan Aqil Məlikov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” , “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Qəhrəman şəhidimiz özündən sonra bizə Xədicə və Süleyman adlı iki övladını əmanət qoyub.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: 

 

0.063744068145752