Asif Ağayev Şərq kənd tam orta məktəbin uçuq binasına niyə baxmır? - VİDEO

Asif Ağayev Şərq kənd tam orta məktəbin uçuq binasına niyə baxmır? - VİDEO
 

Son illər Azərbaycanda məktəb binalarının tikilib, istifadəyə verilməsi prioritet sahələrdən biridir.

Ölkə Prezidentinin və Birinci vitse-prezidentin bu sahəyə xüsusi diqqət yetirməsi təqdirəlayiqdir.

Təəssüf ki, bu baxımdan Beyləqan rayon məktəblərinin əksəriyyəti, xüsusən Yeni Mil, Bahar, Şərq və digər tam orta məktəblərin köhnə, uçmaq təhlükəsilə üzləşmiş binalarda yerləşməsi nə Beyləqan rayonunun icra başçısı Asif Ağayevin, nə də Elm və Təhsil Naziri Emin Əmrullayevin vecinə deyil!

Bu dəfə oxuculara təqdim etdiyimiz məktəb binası Beyləqanın Şərq kənd tam orta məktəbinin binasıdır.

Siz deyin, belə uçub tökülən məktəb binasında təhsil alan gənc nəsldən hansı nümunəvi vətənpərvərlik və uğur tələb etmək olar?!

0.016772031784058