Azərbaycanda əhalinin gəlirləri artsa da, bahalıq normal yaşamağa imkan vermir...

Azərbaycanda əhalinin gəlirləri artsa da, bahalıq normal yaşamağa imkan vermir...
 

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 19 mlrd 408,1 mln manat təşkil edib.

Bu məlumatı yayan Dövlət Statistika Komitəsi açıqlamasında bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çoxdur.

Lakin unutmaq olmaz ki, ölkədə bütün növ malların qiymətinin sürətlə bahalaşması gəlirlərin 5 faiz artımı insanların normal yaşamasını təmin etmir.

Sözügedən dövrə əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 1 905,4 manat olub ki, bu da illik müqayisədə 4,5% çoxdur.

Azərbaycanda baş verən bahalaşma gəlirlərin artım tempini hiss etməyə imkan vermir.

 

0.11682105064392