Unuda bilmədim axı - Kamalə Abiyeva 

Unuda bilmədim axı - Kamalə Abiyeva 
 

Bir xanımın sevgisinə yazılmışdı...

Yandım, mən odlara qarışmadım ki,
Kül oldum küləyə qovuşmadım ki.
Bilmədim sevgimin nədir günahı,
Mən səni unuda bilmədim axı...

Taleyin hökmüylə barışmadım heç,
Sənsiz yaşamağa alışmadım heç,
Ömrümə yazmadım bu ayrılığı.
Mən səni unuda bilmədim axı...

Elə bil zamandan xəbərim yoxdu,
Ağaran saçımdan xəbərim yoxdu.
Görəsən illərin nədir günahı?
Mən səni unuda bilmədim axı...

Bil, tənha deyiləm mən gecələrdə,
Hələ də səninlə bu küçələrdə
əl-ələ gəzirəm açıb sabahı,
mən səni unuda bilmədim axı...

Mən səni unuda bilmədim, inan,
Gözümdə, könlümdə qalmısan elə.
Sənsiz ötməyibdi mənimçün zaman,
Sən hər an mənimlə olmusan elə...

Paralel.az 

0.065491914749146