"Aylıq statistik məlumatların açıqlanması vacibdir" - Ekspert

 

"Həm ölkə miqyasında, həm də ayrı-ayrı bölgələrdə iqtisadi şəraiti və iqtisadi dinamikanı, ev təsərrüfatlarının maddi vəziyyətini, əhalinin yaşayış yeri ilə təminatı vəziyyətini qiymətləndirmək baxımından mənzil satışı ilə bağlı aylıq statistik məlumatların açıqlanması vacibdir."

Paralel.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib.

"Məsələn, Türkiyə rəsmi statistika qurumu hər ay həm regionlar, həm rayonlar üzrə satılan, həm ölkə vətəndaşları, həm xaricilər tərəfindən alınan mənzillərin sayı barədə statistikanı yayır. Hətta məzzil alanların qadın və kişi bölgüsü belə, açıqlanır."

0.021529912948608