Deputat Vüqar Bayramovdan: Uzunmüddətdli azalmadan sonra sektorda artım oldu - AÇIQLAMA
Bu ilin birinci rübünün makro-iqtisadi yekunlarında 2 mühüm məqam diqqəti çəkir.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bunlardan birincisi iqtisadi artımın daha çox qeyri neft-qaz sektoru hesabına formalaşmasıdır:
"Belə ki, qeyri-enerji sektorundakı 6,7%-lik artım ÜDM-də 4,0% artıma səbəb olub. İkincisi, neft-qaz sektoru stabilləşmə mərhələsinə qədəm qoya bilər. Belə ki, uzunmüddətdli azalmadan sonra enerji sektorundan 0,4% artım qeydə alınıb".
Millət vəkili deyir ki, bu, eyni zamanda iki digər mühüm nəticəyə gəlməyə əsas verir: "Birincisi, qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların dərinləşməsi prioritetliyini daha da gücləndirib. Çünki, artıq yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq.
Digər tərəfdən, ÜDM ilə yanaşı ümumi ixracat və fiskal gəlirlərdə də qeyri-enerji sektorunun payının artırılması vacibdir. Praktik olaraq, iqtisadi artımda drayverə çevrilən qeyri neft-qaz sektoru digər makro-iqtisadi göstəricilərdə də xüsusi paya malik ola bilər. İkincisi, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır".