DİN: Cinayət törədən 31 nəfər saxlanılıb

DİN: Cinayət törədən 31 nəfər saxlanılıb
 

Aprelin 12-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Paralel.az DİN-in mətbuat xidmətinə istinadla bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

0.016044139862061