Ermənistanda əsgərlər olan maşında başqa bir hadisəsi də baş verib

Ermənistanda əsgərlər olan maşında başqa bir hadisəsi də baş verib
 

Ermənistanda əsgərlərin iştirakı ilə son sutkada ikinci yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Geğarkunik mərzinin Ardanış kəndi yaxınlığında hərbi “KamAZ” markalı yük maşınının qəzaya uğraması nəticəsində iki hərbçi xəsarət alıb.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan təsdiqləyib. Onun sözlərinə görə, əsgərlər yüngül xəsarət alıblar və onların həyatları üçün təhlükə yoxdur.

Qeyd edək ki, aprelin 12-də saat 15:25-də hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanmışdı, hadisə nəticəsində dörd hərbçi ölmüşdü.

 

0.016416072845459