Qızılın qiyməti rekord həddə çatdı

Qızılın qiyməti rekord həddə çatdı
 

Qızıl qiymətləri cümə günü tarixi zirvəyə yüksəlib.

Spot qızıl 0,5% bahalaşaraq bir unsiya üçün 2 min 384,34 dollar olub. ABŞ-nin qızıl fyuçerslərinin dəyəri isə 1,2% artaraq 2 min 401,80 dollara çatıb. Sessiyanın əvvəlində külçə qızılın dəyəri rekord həddə bahalaşaraq 2 min 395,29 səviyyəsinə yüksəlib.

Geosiyasi gərginliklər fonunda ABŞ-nin müsbət iqtisadi məlumatları da qızıl külçəsinin cazibəsini azalda bilməyib.

Spot gümüş isə 1% bahalaşaraq bir unsiya üçün 28,75 dollara çatıb və 2021-ci ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.

 

 

0.018208026885986