Ukraynanın Moskvadakı səfirliyində Rusiya bayrağı qaldırılıb

Ukraynanın Moskvadakı səfirliyində Rusiya bayrağı qaldırılıb
 

Ukraynanın Moskvadakı səfirliyinin ərazisində Rusiya bayrağı qaldırılıb.

Paralel.az xəbər verir ki, bu barədə “TASS“ agentliyi məlumat yayıb.

Məlumata görə, diplomatik qurumun yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsinə Moskva meriyası tərəfindən xitam verilib. Bu, Kiyevin Rusiyanın Ukraynadakı səfirliyinin torpaq sahəsinin icarə müqaviləsini ləğv etmək qərarına cavab olaraq edilib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, bu, Ukraynanın dövlət mülkiyyətində qalan səfirlik binasının özünün toxunulmazlığına təsir göstərmir.

Hazırda səfirlik bağlıdır.

 

0.012610912322998