Ziyarətgaha gedənlər qəzada həlak oldular - 13 ölü var

Ziyarətgaha gedənlər qəzada həlak oldular - 13 ölü var
 

Pakistanın Bəlucistan əyalətinin Hab dairəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.

Paralel.az report-a istinadən xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Məlumata görə, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub. İlkin versiyaya görə, sürücü çətin keçilən yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.

 

0.031187057495117