Yasamalda uçmaq üzrə olan binada yaşayan insanlar ölümlə üzbəüzdür - İcra başçısının vecinə də deyil...

Yasamalda uçmaq üzrə olan binada yaşayan insanlar ölümlə üzbəüzdür - İcra başçısının vecinə də deyil...
 

Yasamal rayonunda yaşayış binası uçmaq üzrədir. Rayonun Şamil Əzizbəyov küçəsində yerləşən istismar müddətini çoxdan başa vurmuş bina hər an dağıla bilər.

Tribunainfo.az yazır ki, bərbad vəziyyətdə olan binada hələ də yaşayanlar var. Binanın bəzi otaqlarının döşəməsi çoxdan uçub. Ancaq sakinlərin getməyə yeri olmdığı üçün belə təhlükəli şəraitdə yaşayırlar. Bina zahirən normal görünsə də, mənzillərdə vəziyyət acınacaqlıdır. Hamam və tualetinin döşəməsi dağılmış mənzillər də var.

Sakinlər bildirib ki, dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Təhlükəli vəziyyət davam etsə də, hələ aidiyyəti qurum binaya baxış keçirməyib. Bütün qurumların mövqeyini dinləməyə hazırıq.

Bir sözlə, bina sakinləri ölümlə üzbəüz qalsalar da heç bir dövlət qurumunun vecinə də deyil. Xüsusən ərazində baş verən bütün proseslərə məsuliyyət daşıyan Yasamal rayon icra hamimiyyətinin başçısı Elşad Həsənov insanların taleyinə biganə yanaşır...

0.02037501335144