Sovet kosmonavtı Vladimir Aksyonov vəfat edib

Sovet kosmonavtı Vladimir Aksyonov vəfat edib
 

Sovet astronavtı iki dəfə SSRİ Qəhrəmanı Vladimir Aksyonov 90 yaşında vəfat edib.

Bu barədə Rusiyanın “Roskosmos” dövlət korporasiyası məlumat yayıb.

Aksyonov SSRİ-nin 36-cı pilot kosmonavtıdır. 1973-cü ilin martından kosmonavtlar korpusunda olub, ilk uçuşunu 1976-cı il sentyabrın 15-dən 23-dək “Soyuz-22” kosmik gəmisində edib.

 

0.2416729927063