Tbilisidə müxalifət etiraz aksiyası keçirir

Tbilisidə müxalifət etiraz aksiyası keçirir
 

Tbilisidə Gürcüstan parlamentinin binasının girişində “Xarici agentlər haqqında” Qanunun geri götürülməsi tələbi ilə etiraz aksiyası keçirilir.

“Bilirik ki, bu gün qanun layihəsi parlamentin bürosunda qeydiyyatdan keçməlidir. Buna görə də buna etiraz etmək, qanuna qarşı öz mövqeyini bildirmək üçün insanlar toplaşıblar. Yolumuz Avropayadır! Bu qanunun qəbulu ilə bizim Avropa yolumuz bağlanacaq”, - aksiya iştirakçılarından biri deyib.

Aksiya sosial şəbəkələr vasitəsilə təşkil olunub. Parlamentin ərazisinə polislər cəlb ediliblər. Onlar hətta akkreditə olunmuş jurnalistləri belə parlamentin binasına buraxmırlar.

 

0.014730930328369