Köhnə məhkumdan 3 kq narkotik götürülüb

Köhnə məhkumdan 3 kq narkotik götürülüb
 

Xızıda külli miqdarda narkotik vasitə aşkarlanıb.
 
Paralel.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən xəbərdə bildirilir ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Səfər Səfərov saxlanılıb.

Həmin şəxsdən 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib. 

0.01079797744751