Goranboyda törədilən qətllə bağlı Prokurorluq məlumat yaydı: Həbs olunan var

Goranboyda törədilən qətllə bağlı Prokurorluq məlumat yaydı: Həbs olunan var
 

Goranboyda qadının qətli ilə bağı cinayət işi başlanıb.

Paralel.az xəbər verir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, aprelin 7-də saat 17 radələrində Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

“Report”un məlumatına görə, Tatarlı kəndində Səfikürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovaya evində çoxsaylı bıçaq xəsarətləri yetirilib və boğazı kəsilib.

Məlumata görə, qadının iki qızı və iki oğlu var. Onlardan üçü ailəlidir, hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Şahin Əmrahov isə subay olub. O, anası ilə birlikdə yaşayırmış.

Qadının həyat yoldaşı bir neçə il əvvəl yol-nəqliyyat hadisəsində ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahin Əmrahov rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

0.016055107116699