Cəlilabadda ər-arvadın bir neçə gün əvvəl öldüyü bəlli olub- TƏFƏRRÜAT
Cəlilabad şəhəri Şah İsmayıl Xətai küçəsində yerləşən fərdi yaşayış evində aşkarlanan ər və arvadın meyiti ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Paralel.az "Report"un Muğan bürosunun əldə etdiyi məlumata əsasən xəbər verir ki, meyitlər bu gün qonşular tərəfindən aşkar edilib.
Belə ki, 1963-cü il təvəllüdlü Şikarov Ağadadaş İxtiyar oğlunun və həyat yoldaşı, 1977-ci il təvəllüdlü Şikarova Mehparə Cahangir qızının meyitlərini qonşular evə baş çəkərkən aşkarlayıb.
Onların meyitlərində gedən çürümə prosesinə görə bir neçə gün öncə öldükləri ehtimal edilir.
Qonşuların sözlərinə görə, mərhumların övladları olmayıb.
Hadisə ilə bağlı rayon Cəlilabad rayon Prokrorluğu tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.