Daşqınların Rusiyaya vurduğu ziyanın dəyəri açıqlandə

Daşqınların Rusiyaya vurduğu ziyanın dəyəri açıqlandə
 

Rusiyanın Orenburq vilayətində daşqın nəticəsində yaşayış evlərinə dəyən ümumi zərər 21 milyard rubl (386,4 milyon manat və ya 227,29 milyon dollar – red.) təşkil edə bilər.

Paralel.az xəbər verir ki, bunu Rusiya Federasiyası Tikinti Nazirliyinin rəis müavini Aleksandr Lomakin regionda fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə hökumət komissiyasının iclası zamanı açıqlayıb.

Xatırladaq ki, aprelin 5-də axşam saatlarında Rusiyanın Orsk şəhərində su bəndi dağılıb. Artıq şəhərdə bəndin dağılmasından sonra 1,1 mindən çox insan təxliyə edilib.

Aprelin 6-da səhər saatlarında şəhərin meri Vasili Kozupitsa yarmalardan birinin təmir olunduğunu, lakin Starı qorod mikrorayonunun yarıya qədər su altında qaldığını və bundan ciddi ziyan görəcəyini bildirib. Hazırda Orenburq vilayətində sel suları səbəbindən 150-dən çox yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Həmçinin məlumat verilib ki, 6 132 yaşayış binası və 9 643 təsərrüfat sahəsi su altında qalıb. Orenburqun meri Sergey Salmin aprelin 7-də bildirib ki, şəhərdə daşqınla bağlı vəziyyət kritik olaraq qalır.

 

0.019134998321533