Tavuş qubernatoru Yaponiya səfirinə təşəkkür edib - Kəndlərdə işlərə köməyə görə

Tavuş qubernatoru Yaponiya səfirinə təşəkkür edib - Kəndlərdə işlərə köməyə görə
 

Aprelin 5-də Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan Yaponiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Aoki Yutakanı qəbul edib.

Paralel.az Ermənistan mediasına əsasən bildirir ki, Tavuş vilayəti administrasiyasından verilən məlumata görə, görüş zamanı Qalumyan Tavuşda həyata keçirilən proqramlara görə Yaponiya hökumətinə təşəkkür edib.

Sonra qubernator Tavuş bölgəsini, icmaların inkişafı imkanlarını və perspektivlərini təqdim etdi. O, səfirin səfərinin müxtəlif sahələrdə əlaqələrin qurulması və genişləndirilməsi üçün yeni proqramların başlanğıcı olacağına ümidvar olduğunu bildirib.

Öz növbəsində Yutaka səmimi qəbula və maraqlı, səmərəli söhbətə görə təşəkkürünü bildirib, səfərinin informasiya məqsədi daşıdığını qeyd edib. Görüşdən sonra turizm sektorunun perspektivli əməkdaşlıq sahəsi kimi vurğulanıb.

Bu səviyyədə görüşlərlə İrəvan demək istəyir ki, Qazaxın kəndlərində işlər görülür və bu əraziləri qaytarmaq niyyəti yoxdur.

0.017794847488403