“Azərişıq” sədri iki rayonun rəisini işdən çıxardı - YENİ TƏYİNATLAR
“Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsində kadr dəyişikliyi olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, İdarənin Biləsuvar rayon Elektrik Şəbəkəsinin rəisi Rafael Məmmədov vəzifəsindən azad edilib.
Yeni əmrə əsasən, R.Məmmədov Cəlilabad rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyinat alıb.
Həmçinin Cəlilabad rayon Elektrik Şəbəkəsinin əvvəlki rəisi Yasin Adilov isə Lerik rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyin olunub.