Vətən müharibəsindən sonrakı dövrdə mina qurbanı olanların sayı açıqlandı

Vətən müharibəsindən sonrakı dövrdə mina qurbanı olanların sayı açıqlandı
 

Vətən müharibəsindən sonrakı dövrdə 350 nəfər mina qurbanı olub, onlardan 65-i həlak olub.

Bunu Azərbaycan Minatamizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mina hadisələrinin dinamikası azalma üzrə gedir: "Mina qurbanlarının 70 faizdən çoxu mülki şəxslərdir. Onların arasında bütün yaş kateqoriyalarından insanlar var".

 

0.010880947113037