“Holcim”ə yeni rəhbər gətirilir - müqavilələr yenilənəcək

“Holcim”ə yeni rəhbər gətirilir - müqavilələr yenilənəcək
 

"Holcim" (Azərbaycan) ASC-nin Müşahidə Şurasına sədr və üzvlər təyin ediləcək.

Paralel.az xəbər verir ki, bununla bağlı qərar ASC səhmdarlarının 30.05.2024-cü il tarixli illik ümumi yığıncağında veriləcək.

Səhmdarların illik ümumi yığıncağının gündəliyinə həmçinin yığıncağın sədrinin seçilməsi, 2023-cü il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi, həmin ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi, Təftiş Komissiyasına üzvlərin təyin edilməsi, "Holcim" (Azərbaycan) ASC və "Holcim" LTD arasında imzalanan brend müqaviləsinə və sənaye əqli mülkiyyət müqaviləsinə dəyişikliyin təsdiq edilməsi məsələləri daxildir.

 

0.015565872192383