“Haber Global”: Ermənistan Qərbin nəzarətinə keçəcək? - VİDEO
Aprelin 5-də Brüsseldə Avropa İttifaqı (Aİ)-Ermənistan-ABŞ müştərək görüşü keçiriləcək. Görüşün mümkün nəticələri Azərbaycanı narahat edir. Belə ki, Qərb sülh müqaviləsini imzalamaq istəməyən Ermənistana öz dəstəyini artırır.
Bu barədə Türkiyənin “Haber Global” telekanalının hazırladığı süjetdə bildirilir.
Qeyd olunur ki, Ermənistan tədricən Rusiyadan uzaqlaşaraq arxasını Qərbə söykəyir. Lakin Qərbin bölgədəki hədəfləri suallar yaradır.
Bildirilir ki, öz addımları ilə Aİ və ABŞ Cənubi Qafqazda sabitliyi pozaraq yeni eskalasiyalara yol açır.
Daha ətraflı “Haber Global”ın süjetində: