Liman şəhərində həm sahibkarların, həm də sakinlərin müraciətləri dinlənildi

Liman şəhərində həm sahibkarların, həm də sakinlərin müraciətləri dinlənildi
 

Liman şəhərində həm sahibkarların, həm də sakinlərin müraciətləri dinlənildi

 "Ötən il obyektimin qazlaşdırılması ilə bağlı sizə müraciət etdim. Çox sağ olun ki, bütün lazımi köməklik göstərdiniz. Bu gün isə sizdən digər obyektimin qazlaşdırılmasında mənə köməklik göstərməyinizi xahiş edirəm". Bu sözləri sahibkarlıq subyekti Murad Əhədzadə Lənkəran şəhərində keçirilən "Açıq mikrofon" aksiyası zamanı bildirib. Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi ünvanlanan müraciətin həlli üçün vətəndaşın "ASAN xidmət" mərkəzinə müraciət edərək, xüsusi lisenziyalı podratçı tikinti təşkilatı ilə müqavilə bağlamaqla həyata keçirildiyini diqqətə çatdırıb. Aksiyaya üz tutan sakinlər Arif Hüseynov və Cabir Əliyevin müraciətləri isə debitor borcun hissə-hissə ödənilməsinə şərait yaradılması ilə bağlı olub. Fikrət Əkbərov səhiyyə mərkəzinin qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Görüş zamanı səsləndirilən bütün müraciətlər qeydiyyata alınıb, bəzi müraciətlərin araşdırılması üçün sakinlər Regional İdarəyə dəvət olunublar.

Paralel.az 

0.011780977249146