Bakıda heç kimə aydın olmayan küçə adları - VİDEO

Bakıda heç kimə aydın olmayan küçə adları - VİDEO
 

Bakıda aydın olmayan küçə adları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həmin küçələrdən biri də Nizami rayonu ərazisində yerləşən IV uzununa küçəsidir. 

Mövzu ilə bağlı Baku TV-yə danışan paytaxt sakinləri də bu kimi qəribə küçə adlarının dəyişdirilməsini istəyirlər.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, adıçəkilən ərazi 2006-cı ildə Xəlil Rza küçəsi olaraq adlandırılıb. Məkanın rəsmi adı fərqli olsa da, xəbərdaredici lövhədə IV uzununa küçəsində olduğumuz göstərilir. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, məlumat lövhəsi qısa müddətdə dəyişdiriləcək.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

0.16562795639038