“Azərsun Holdinq”in şirkəti kiçilir: aktivləri kəskin azaldı

“Azərsun Holdinq”in şirkəti kiçilir: aktivləri kəskin azaldı
 

“Azərbaycan Sənaye Sığorta” ASC 2023-cü ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

“Ölkə.Az”ın məlumatına görə, sözügedən dövrə sığorta şirkətinin cəmi aktivləri 27 mln 166 min manat olub ki, bu da hesabat ilinin əvvəli ilə müqayisədə 36% azalma deməkdir. Şirkətin aktivlərində ciddi azalmaya səbəb təkrarsığortanın payının 21 mln 585 min manatdan 1 mln 277 min manata enməsi olub.

“Azərbaycan Sənaye Sığorta”nın cəmi öhdəlikləri 2,3 dəfə azalaraq ötən ilin sonunda 15 mln 48 min manat olub. 

Nizamnamə kapitalı 11 mln manat olan sığorta şirkətinin bölüşdürülməmiş mənfəəti 1 mln 119 min manat olub. Nəticədə, şirkətin cəmi kapitalı 12 mln 119 min manat olub ki, bu da illik müqayisədə 42% çoxdur.

Ötən ilin yekununda “Azərbaycan Sənaye Sığorta” ASC-nin cəmi gəlirləri 45 mln 827 min manat, cəmi xərcləri 41 mln 961 min manat təşkil edib. 280 min manat vergi ödəyən şirkət ötən ili 3 mln 586 min manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” “Azərsun Holdinq”ə daxildir və ASC-nin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur. 

 

0.020728826522827