Ağ Evdən Azərbaycanla Ermənistan arasında müharibə xəbərdarlığı

Ağ Evdən Azərbaycanla Ermənistan arasında müharibə xəbərdarlığı
 

Biz Ermənistan və Azərbaycan sərhədində eskalasiyaya və hərbi əməliyyatlara səbəb ola biləcək ritorikaya qarşı xəbərdarlıq edirik və xəbərdarlıq edəcəyik. 

Ölkə.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Biz hamının hüquqlarına hörmət edilən regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik”, - o qeyd edib.

Onun sözlərinə görə, davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlardır.

Mürtəza

 

0.015833139419556