Bakıda küçəyə atılan professor üçün GÖRÜN NƏ QƏDƏR pul yığıldı - Ev də tapıldı

Bakıda küçəyə atılan professor üçün GÖRÜN NƏ QƏDƏR pul yığıldı - Ev də tapıldı
 

Kirayə yaşadığı evdən çölə atəlan ilahiyyatçı alim Fazil Qaraoğludan xəbər var.

Paralel.az Ölkə.Az-a istinadən xəbər verir ki, naşir Ş. Xuduoğlu deyib ki, küçəyə atılan professor üçün 30 min manatdan çox pul yığılıb
 
"Professor Fazil Qaraoğlu kirayə qaldığı evdən çıxarılmış, bütün kitabxanası, arxivi açıq havaya, çölə atılmışdı. Alimin belə acınacaqlı halı sadə insanları çox sarsıtdı, yatdım etməyə başladılar.

1, 2, 5, 10, 15, 20, 30, 50, 100, 200, 500 manat, yarım saat ərzində 3 mindən çox vəsait toplanmışdı. Bağını, evində boş mənzili təklif edənlər oldu. Aylıq, illik kirayə pulunu ödəyən çoxlu təkliflər gəldi.

Səhər tezdən Sosial Xidmət Agentliyinin nümayəndəsi professorla görüşdü. 
Hələ gecə Heydər Əliyev Fondunun, səhər tezdən Nərgiz fondunun nümayəndəsi zəng etdi. Mənzil tapmaq və professoru yerləşdirməklə bağlı səfərbər oldular. Nəhayət ev tapıldı.

Fondlar yeni mənzilin kirayə haqqını 1 il 4 aylıq ödəməyi öz üzərinə götürüb. O, bu gecə isti və rahat mənzildə qalacaq.

Səhərə qədər durmadan hesaba pul gəlirdi. Bu gün hesabı yoxlayanda artıq 30 mindən çox vəsait yığılmışdı. 

Millətimlə qürur duyuram. Hamınızı bağrıma basıram. Biz birlikdə güclüyük!" ,- deyə o bildirib.

0.016203165054321